Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Bu gün Füzulidə bayram günüdür, şəhər günüdür

5/5

  •      Müzəffər Ali Baş Komandanımız, Cənab İlham Əliyevin əmri və rəhbərliyi ilə 27 sentyabr 2020-ci il tarixində mənfur ermənilərin 30 il işğal altında saxladıqları bizim doğma vətən torpaqlarımızdan bizlərə qarşı xain hücumlarına cavab olaraq, Müzəffər Azərbaycan ordusu əks-hücum əməliyyatları həyata keçirdi. Ali Baş Komandanın rəhbərliyi ilə uğurlu döyüş əməliyyatları nəticəsində düşmənin layiqli cavabı verildi. İllərlə həsrətini çəkdiyimiz vətən torpaqlarımız azad olunmağa başladı. Azadlığına qovuşan tarixi şəhərimiz-Füzuli şəhəri bizləri ilk sevindirən xəbərlərdən oldu. Şanlı Azərbaycan ordusunun böyük şücaəti və xüsusi peşəkarlıqla həyata keçirdiyi döyüş əməliyyatları nəticəsində hazırda üçrəngli Azərbaycan bayrağı azad olunmuş Füzulidə dalğalanır.          Biz o tarixi günlərdə Prezidentimizin verdiyi tarixi müsahibələrlə qələbəyə daha da can atırdıq. Bu tarixi günləri görmək hər zaman bizlər üçün əlçatmaz görünürdü. Bizlərin doğma torpaqlarımıza qovuşmağımız üçün öz canlarından keçən igidlərimizi heç zaman unutmayacağıq.    Ali Baş Komandanımız Füzulimizin azad olunduğunu deyəndə hər bir azərbaycanlının sevincinin həddi-hüdudu olmadı. Xalqımız böyük inamla bundan sonrakı qələbələri gözlədi. Prezidentimizin etdiyi hər bir çıxış 30 il ürəyimizdə qalan fikirləri çatdırdı. Sanki Ali Baş Komandanımız hər bir azərbaycanlının ürəyindən keçənləri oxuyurdu.    Tarixi yerlərimizdən olan Füzuli rayonunda işğala qədər 79 klub, 20 kinoqurğu, 90 kitabxana, 2 muzey, xalq və dövlət dram teatrları fəaliyyət göstərib. Rayonda 685 çarpayılıq 13 xəstəxana, 17 həkim məntəqəsi, 20 tibb məntəqəsi, 86 ümumtəsil məktəbi, 2 texniki peşə məktəbi, 65 məktəbə qədər müəssisə olub. Füzulilər əməyə bağlı olmaları ilə yanaşı görkəmli alimləri,ziyalıları respublikamızda böyük ad-san qazanmışdır. 23 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan zaman mübarizədə rayon sakinlərindən 400-ə yaxın müharibə əlili, 657 nəfər şəhid olmuşdur. 181 nəfər əsir və itkindir. 6 nəfərinə Azərbaycan Milli Qəhrəmanı adı verilmişdir. Hazırda Füzuli rayon təsil şöbəsinin tabeliyində 79 ümumtəhsil, 1 İnternat tipli Gimnaziya, iki məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir.      2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. Füzuli əməliyyatı Azərbaycan ordusunun İkinci Qarabağ Müharibəsində cənub-şərq cəhbəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri idi.   Artıq dillər himn olub, qəlblər bayraq. Vətən bayram görür artıq. Füzulimizdə Qarabağ şikəstəsi oxunur. Avqustun 23-də Prezidentimiz xanımı və Özbəkistan Prezidenti ilə birlikdə Füzulimizdə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılışın etməsi bizlərin illər öncə məhz bu tarixdə Füzulini tərk etməyimizi unutdurdu. Dünyaya bir daha sübut etdi ki, erməni terroristlərinin bizlərə yaşatdığı bütün qanlı rəqəmləri silib öz imzası ilə yeni, qara yox, qırmızı rənglə xalqının qəlbində yazacaq.    Biz bu gün 17 oktyabr Füzuli şəhər gününü böyük qürur hissi ilə qeyd edirik. Böyük qürur və sevinc hissi ilə qeyd edirik. Mümkünsüzləri mümkünə döndərən Ali Baş Komandanımız 15 oktyabrda Xankəndimizdə, Xocalımızda və Ağdərəmizdə dalğalandırdığı şanlı bayrağımız Füzulimizin şəhər günü üçün tayı bərabəri olmayan hədiyyə oldu.   Bizlərin Vətən torpaqlarına qovuşmağımız üçün canlarından keçən, itirilmiş uşaqlığımızın qisasını alan şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qazilərimizə Ulu Tanrıdan şəfa arzulayıram.  Yaşasın Müzəffər Ali Baş Komandanımız, Müzəffər Ordumuzu və Xalqımızın birliyi!
    Ulduz Əsgərova,
    Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi7 ay öncə
    İzlənib42 dəfə
    bu gün füzulidə bayram günüdür şəhər günüdür

    Maraqlı gələ bilər
    53